xebermen.az

Bu kənd su qiymətinə satışa çıxarıldı - Çox mənzərəli bir yerdədir

25-02-2026, 09:31

 

Litva sərhədi yaxınlığında yerləşən Belarusun Veseluxa kəndinin sahibi, orada aqroturizm məhəlləsi yaratmaq cəhdi uğursuz olduqdan sonra kəndi satışa çıxarıb.

Bu barədə daşınmaz əmlak satışı portallarının məlumatlarına istinadla RİA Novosti məlumat yayıb.

"Səfalı və gözdən uzaq bir yerdə yerləşən, üç həyətdən ibarət bütöv bir kənd satılır, xüsusi mülkiyyətdir. Qiyməti 30 min Belarus rublu, yaxud təxminən 10 524 dollardır (Təxminən 17848 AZN)", - elanda deyilir.

Veseluxa Postavı şəhərindən beş kilometr, Litva sərhədindən isə 20 kilometr məsafədə yerləşir. Kənd meşə kənarında, çay yaxınlığında çox mənzərəli bir yerdədir; burada istifadəsiz qalmış üç tikili və quyu var. Yaşayış məntəqəsində kanalizasiya sistemi yoxdur, elektrik xətti çəkilib, evlər isə soba ilə qızdırılır.

"Selskaya qazeta" nəşrinin məlumatına görə, hazırkı sahib ərazini aqroturizm yaratmaq məqsədilə xüsusi şəxslərdən alıb, lakin layihəni reallaşdıra bilməyib.

Veseluxanın daxil olduğu Yunkov kənd sovetliyində hazırda iki kənddə yerləşən üç boş ev bir baza vahidi qiymətinə - 45 Belarus rubluna (təxminən 15,8 dollar) satılır. Cari ilin əvvəlindən bu üsulla iki ev satmaq mümkün olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930