xebermen.az

Rusiyada əmək miqrantlarının 18 yaşına çatmış övladları ölkədən çıxarıla bilərlər

22-02-2026, 11:04

 

Rusiya hökuməti Dövlət Dumasına əmək miqrantlarının 18 yaşına çatmış övladlarının ya 30 gün ərzində Rusiyanı tərk etməsini, ya da iş icazəsi almasını tələb edən qanun layihəsi təqdim edib.

Bu barədə aif.ru məlumat yayıb.

Dövlət Dumasının elektron məlumat bazasında dərc olunmuş sənədin izahlı qeydində göstərilir ki, yetkinlik yaşına çatdıqdan sonra belə şəxslər Rusiya Vergi Məcəlləsinin 227.1-ci maddəsində nəzərdə tutulduğu kimi, müəyyən edilmiş qaydada iş icazəsi üçün müraciət etməli və sabit avans ödənişi etməlidirlər.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Rusiya Prezidenti Vladimir Putin 2026-2030-cu illər üçün Rusiya miqrasiya siyasəti konsepsiyasını təsdiqləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031