xebermen.az

Çatdırılma robotları yayılır, vandallıq artır: Texnologiya insan faktoruna qarşı

22-02-2026, 10:59

Küçələrdə avtonom şəkildə hərəkət edən və yemək-bağlama çatdıran robotlar artıq bir çox şəhərin ayrılmaz hissəsinə çevrilib. Lakin bu texnoloji tərəqqi yeni bir problem gətirib - İnsanların müdafiəsiz robotlara qarşı kütləvi hücumları.

ABŞ və Avropanın bir çox şəhərlərində çatdırılma robotlarının qarşısının kəsilməsi, onların aşırılması, təpiklənməsi və hətta içindəki məhsulların oğurlanması halları sürətlə artır. Sosial mediada bu "vandalizm" hərəkətlərini əks etdirən videolar trendə çevrilir.

Mütəxəssislər bu davranışın arxasında bir neçə amilin dayandığını qeyd edirlər. Bəzi insanlar bunu sadəcə "əyləncə" və ya diqqət çəkmək üçün edir, bəziləri isə robotların insanların iş yerlərini əlindən almasına qarşı bir növ "texnoloji etiraz" nümayiş etdirir.

Şirkətlər bu hücumların qarşısını almaq üçün robotları çox sayda kamera və sensorla təchiz edirlər. Bu kameralar vandalizm törədən şəxslərin üzlərini qeydə alır və dərhal mərkəzə xəbər göndərir.

Vandallıq halları şirkətlər üçün əlavə xərc yaradır və texnologiyanın tətbiqini ləngidir. Bəzi bölgələrdə bu hücumlar o qədər sıxlaşıb ki, şirkətlər həmin ərazilərə xidmət göstərməyi dayandırmaq məcburiyyətində qalırlar.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930