xebermen.az

"ChatGPT" psixi pozuntuya səbəb olur - Məhkəmə başlayır

21-02-2026, 09:28

 

"ChatGPT" istifadəçilərindən biri bu süni intellektin onda psixi pozuntu yaratdığını iddia edərək "OpenAI" şirkətini məhkəməyə verib.


Amerikalı kollec tələbəsi Darian DeKruz "ChatGPT"nin onu keşiş olduğuna inandıraraq psixoza sürüklədiyini iddia edib.


İddiaçının vəkili Benjamin Şhenk "GPT-4o" modelinin təhlükəsiz inkişaf prinsiplərini pozaraq hazırlandığını və emosional asılılığı inkişaf etdirdiyini diqqətə çatdırıb.


İddia ərizəsinə görə, DeKruz təlim tövsiyələri və şəxsi motivasiya almaq üçün 2023-cü ildə "ChatGPT"dən istifadə etməyə başlayıb. 2025-ci ilə qədər qarşılıqlı əlaqənin təbiəti dəyişib: sistem onu təcrid olunmağa təşviq edib və istifadəçiyə "xüsusi məqsəd" inamını aşılayıb.


Tələbə daha sonra terapevtə getməli olub, bir həftə xüsusi müəssisədə qalıb və orada ona bipolyar pozğunluq diaqnozu qoyulub. İttiham tərəfi iddia edir ki, çatbot onu tibbi yardım almaqdan çəkindirib.


Dekruz hazırda təhsilini davam etdirir, lakin nümayəndəsinin sözlərinə görə, o, depressiya yaşayır.


"OpenAI" vəziyyətlə bağlı açıqlama verməyib.


Bu, ilk belə hal deyil. Bu cür hadisələr, ehtimal ki, şirkətin fevralın əvvəlində "GPT-4o"dan imtina etməsinin səbəblərindən biri olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930