xebermen.az

Bu il bank sektorunu gözləyən ən böyük təhlükə bəlli oldu

18-02-2026, 13:11

 

2026-cı ildə Rusiyanın bank sektorunda süni intellektlə (Sİ) gücləndirilmiş kibercinayətkarlıq “epidemiyası” əsas trendlərdən biri olacaq.

Bu proqnozlar "Positive Technologies və Fintech" Assosiasiyasının hesabatında qeyd olunub.

Hesabatda ümumilikdə 2026-cı il üçün doqquz əsas trend müəyyən edilib. Onlar üç kateqoriyaya bölünüb: hücum, müdafiə və texnologiya trendləri.

Analitiklərin fikrincə, hücum trendləri sırasında süni intellektlə gücləndirilmiş kiberhücum “epidemiyası” ilə yanaşı, maliyyə dəstəyi ilə həyata keçirilən siyasi motivli kiberhücumlar və maliyyə sektorundakı ekosistemlərə qarşı kaskad və kombinə edilmiş hücumlar da yer alır.

Mütəxəssislər bildirirlər ki, süni intellektin kiberhücumlarda istifadəsi üçün neyron şəbəkələrin potensialı faktiki olaraq məhdudiyyətsizdir. Eyni zamanda, bu cür sxemlərdə Sİ-nin tətbiq mexanizmləri hələ kifayət qədər yetkin deyil. Bununla belə, süni intellekt texnologiyalarının geniş yayılması kibercinayətkarlığa giriş həddini xeyli aşağı salıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031