xebermen.az

Ukrayna Fransa inqilabı dövründəki taktikadan yararlanır: Radarlar görmür

17-02-2026, 14:00

 

Ukrayna Silahlı Qüvvələri Fransa İnqilabı dövründə istifadə edilən hərbi taktikanı - hava şarlarını Rusiyaya qarşı mübarizədə istifadə etməyə başlayıb.

Bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Bildirilir ki, zərbə, kəşfiyyat və daşımalar üçün effektiv olan bu şarlar radarlar tərəfindən aşkar edilmir və yüksəkdə uçaraq radioelektron mübarizə xətləri üzərində əməliyyat keçirə bilir.

Qeyd olunur ki, Ukrayna müasir silahların azlığı səbəbindən hava şarlarından alternativ olaraq istifadəyə başlayıb.

Xatırladaq ki, 2024-cü ildən etibarən, bu şarlar əsasən "kamikadze silahları"nı daşımaq üçün istifadə olunub və hətta Moskva üzərinə hücumlar üçün də tətbiq edilib. 2025-ci ilin sentyabr ayında isə Ukrayna 30-dan çox meteoroloji hava şarı ilə Rusiyanın bölgələrinə ilk kütləvi hücum həyata keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930