xebermen.az

Obama yadplanetlilərin Yerə gəlişi ehtimalından danışdı

16-02-2026, 20:54

 

ABŞ-ın sabiq prezidenti Barak Obama yadplanetlilərin Yerə səfər etməsi ehtimalını aşağı qiymətləndirib.

O, bu barədə “Instagram” səhifəsində paylaşım edib.

Obama internetdə yadplanetli həyatın mövcudluğu ilə bağlı fikirlərinin diqqət çəkməsindən sonra etdiyi paylaşımda bildirib: “Cavabı mümkün qədər qısa verməyə çalışırdım, lakin bu məsələ diqqət çəkdiyi üçün izah etməyə icazə verin”.

Sabiq prezident qeyd edib ki, statistik baxımdan Kainat o qədər nəhəngdir ki, orada həyatın mövcud olma ehtimalı yüksəkdir. Lakin Günəş sistemləri arasındakı məsafələr o qədər böyükdür ki, yadplanetlilərin Yerə səfər etməsi ehtimalı olduqca aşağıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031