xebermen.az

Həftənin bu günləri şadlıq saraylarında toy etmək qadağan edildi

14-02-2026, 16:36

 

İstanbul Toplantı və Şadlıq Sarayları Sahibkarları Palatası müzakirələrə səbəb olacaq qərar qəbul edib.

Türkiyə mediasında, o cümlədən Haber Global-a istinadla yayılan məlumata görə, martın 1-dən etibarən İstanbulda fəaliyyət göstərən şadlıq sarayları, açıq havada toy məkanları və qız istəmə evləri çərşənbə axşamı günləri fəaliyyət göstərməyəcək.

Qərarın əsas məqsədi işçilərin rifahının qorunması, istirahət hüququnun təmin edilməsi və xidmət keyfiyyətinin artırılmasıdır. Bildirilir ki, bu addım həm obyekt sahiblərinin, həm də personalın iş yükünün balanslaşdırılmasına xidmət edəcək. Xüsusilə bir neçə məkana sahib olan sahibkarlar üçün iş prosesinin daha səmərəli təşkili hədəflənir.

Bununla belə, çərşənbə axşamı günü tədbir keçirmək istəyən müəssisələr üçün istisna mexanizm nəzərdə tutulub. Belə hallarda obyektlər vəziyyəti əvvəlcədən yazılı şəkildə Palataya bildirməlidirlər.

Qərara əməl etməyən müəssisələrə qarşı müvafiq tədbirlərin görüləcəyi qeyd olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031