xebermen.az

Antalyada qalxış zamanı təyyarənin təkərləri yerindən çıxdı

13-02-2026, 22:33

 

Türkiyənin Antalya hava limanında “Sun Express” aviaşirkətinə məxsus bir təyyarənin qalxış zamanı təkərləri yerindən çıxıb və təyyarə mühərrikin üzərinə oturub.

Hadisə yerli vaxtla saat 14:25 radələrində Antalya-Qaziantep reysini yerinə yetirərkən qalxış zamanı baş verib. Qəzadan sonra təyyarədə yanğın baş verməyib, sərnişinlər dərhal təxliyə ediliblər.

Antalya hava limanında uçuşlar qısa müddətlik dayandırılıb. Ancaq qısa müddət sonra aeroport normal qrafik üzrə fəaliyyət göstərməyə başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031