xebermen.az

“Hüququn səsi” Dünya televiziyasında yeni layihə

6-02-2026, 15:37

 

Tanınmış hüquqşünas və mediator Zaur Quliyev televiziya məkanında yeni hüquqi layihə ilə çıxış edir. Onun müəllifi və aparıcısı olduğu “Hüququn səsi” proqramı yaxın vaxtlarda Dünya televiziyasının efirində tamaşaçılara təqdim olunacaq.
Yeni layihə cəmiyyət üçün aktual olan hüquqi mövzuların sadə, aydın və anlaşılan dildə izahını hədəfləyir. Proqram çərçivəsindəpeşəkarların iştirakı ilə ailə, əmək, inzibati, cinayət, mülki-hüquqi münasibətlər, hüququn digər sahələri, cəmiyyəti düşündürən hüquqi suallar və gündəmdə olan hüquqi problemlər müzakirə ediləcək.
“Hüququn səsi”nin əsas məqsədi hüquqi məsələlərin emosional yanaşmadan uzaq, qanunvericiliyə və hüquqi arqumentlərə əsaslanan formada izah edilməsidir. Verilişdə müxtəlif sahələri təmsil edən hüquq mütəxəssislərinin iştirakı ilə müzakirələr aparılacaq, tamaşaçılar üçün praktik və maarifləndirici məlumatlar təqdim olunacaq.
Layihə hüquqi savadlılığın artırılmasına, vətəndaşlara hüquqla bağlı məsələlərin daha düzgün izahına töhfə verməyi qarşıya məqsəd qoyur.
Qeyd edək ki, “Hüququn səsi” Dünya televiziyasının efirində hər həftənin şənbə günü saat 15:00-da yayımlanacaq

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031