xebermen.az

Buzlu yağışı Avropa ölkəsində ciddi fəsadlara səbəb oldu

6-02-2026, 09:07

 

Almaniyanın Brandenburq əyalətində buzlu yağış ciddi fəsadlara səbəb olub.


Potsdam şəhəri yaxınlığında avtomagistralda yolun səthinin bir neçə dəqiqə ərzində buz bağlaması nəticəsində zəncirvarı qəzalar baş verib. Hadisə nəticəsində azı 20 nəqliyyat vasitəsi, o cümlədən bir yük avtomobili və iki mikroavtobus toqquşub. Nəticədə 20-yə yaxın insan xəsarət alıb, onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. Qəzalarla əlaqədar magistralın həmin hissəsində hərəkət bir neçə saat ərzində tamamilə bağlanıb.


Meteorologiya Xidməti Brandenburqun qərbində və şimal-qərbində yolların buz bağlaması barədə xəbərdarlıq edib.


Buzlu yağış paytaxtın Berlinin hava limanının fəaliyyətinə də ciddi təsir göstərib. Belə ki, hava şəraiti uçuşlarda gecikmələrə və xeyli reysin ləğvi edilməsinə səbəb olub. Gün ərzində planlaşdırılan 180 uçuşdan günortaya qədər 35-i ləğv olunub. Daha sonra isə əlavə onlarla reys də təxirə salınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930