xebermen.az

Çindən dünyanı heyrətləndirən silah: "Starlink" peyklərini də sıradan çıxara biləcək

6-02-2026, 09:06

 

Çin alimləri dünyada ilk dəfə olaraq bir dəqiqə ərzində impulslar yarada bilən 20 giqavatt gücündə mikrodalğalı silah hazırlayıblar.

Bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

Məlumata görə, yerüstü kompakt sistem aşağı Yer orbitində yerləşən peyklərin fəaliyyətini pozmaq və ya onları tamamilə sıradan çıxarmaq gücünə malikdir. Bildirilir ki, bu silah "Starlink" peyklərinə də təsir göstərə bilər.

"TPG1000Cs" adlandırılan qurğunun uzunluğu təxminən dörd metr, çəkisi isə beş tona yaxındır. Bu göstəricilər onun yük avtomobillərində, hərbi gəmilərdə, təyyarələrdə və hətta peyklərdə yerləşdirilməsinə imkan yaradır.

Qeyd olunur ki, indiyədək məlum olan oxşar sistemlər fasiləsiz rejimdə maksimum üç saniyə işləyə bilib və daha iri ölçülərə malik olub.

Məlumata əsasən, "TPG1000Cs" bir seans ərzində 3 000-ə qədər yüksəkenerjili impuls yarada bilir ki, bu da mövcud analoqlarla müqayisədə xeyli üstün göstərici hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930