xebermen.az

"Buzlar ölkəsi"ndə anomal istilər: Bütün müşahidə tarixinin rekordu qırıldı

5-02-2026, 10:57

 

Qrenlandiyada meteoroloqlar bütün müşahidələr tarixi ərzində yanvar ayının ən yüksək temperaturunu qeydə alıblar.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"2026-cı ilin yanvar ayında orta temperatur 0.2 dərəcə Selsi təşkil edib ki, bu da bütün müşahidələr tarixi ərzində ən yüksək göstəricidir və 1991-2020-ci illər üzrə tarixi orta temperatur olan -7.7 dərəcə Selsini əhəmiyyətli dərəcədə üstələyir", - deyə məlumatda bildirilib.

Qrenlandiya İqlim Tədqiqatları Mərkəzinin rəhbəri Yakob Hoyerin sözlərinə görə, havanın istiləşməsi suyun temperaturunun yüksəlməsinə səbəb olacaq ki, bu da Danimarkanın muxtar bölgəsinin ekosisteminə təsir göstərəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930