xebermen.az

Bu ay səma sürprizlərlə dolu olacaq: Marsdan başqa bütün planetlər görünəcək

2-02-2026, 10:29

 

Yer sakinləri fevral ayında Mars istisna olmaqla Günəş sisteminin bütün planetlərini səmada müşahidə edə biləcəklər.

Bu barədə Ural Federal Universiteti Tədris Astronomiya Rəsədxanasının mühəndisi Vladilen Sanakoyev məlumat verib.

Alimin sözlərinə görə, üfüqə yaxın, aşağıda parlaq Venera görünəcək. Bir qədər yuxarıda və cənub istiqamətində isə ardıcıllıqla Merkuri, Ay, Saturn və Neptun müşahidə olunacaq. Qeyd edilir ki, Neptun yalnız teleskop vasitəsilə görünür.

Sanakoyev bildirib ki, fevral ayının sonlarında axşam saatlarında səmaya geniş baxışla nəzər saldıqda Mars istisna olmaqla Günəş sisteminin bütün planetlərini tapmaq mümkün olacaq. Ayı axşam səmasında fevralın 18-dən sonra görmək olar. Bundan başqa, fevralın 17-də Antarktida üzərində halqavari Günəş tutulması müşahidə ediləcək.

Həmçinin fevralın 28-də kiçik planetlər paradı gözlənilir. Bu parad zamanı Saturn, Neptun, Merkuri və Venera səmada eyni vaxtda görünəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031