xebermen.az

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ – Dəhşətli soyuqlar gəlir: hava kəskin DƏYİŞƏCƏK

1-02-2026, 17:30

 

İstanbul Böyükşəhər Bələdiyyəsinin Fəlakət Koordinasiya Mərkəzi (AKOM) İstanbul və ümumilikdə Mərmərə bölgəsində hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Fevralın 2-dən etibarən havanın temperaturu 5 dərəcədən aşağı düşəcək, bölgədə şiddətli yağış və fırtına gözlənilir. Bu durum fevralın 4-dək davam edə bilər.

Açıqlamada deyilir:

"İstanbul başda olmaqla Mərmərə bölgəsində bu gündən etibarən fasilələrlə yağışlar, bəzi yerlərdə isə fırtına ilə müşayiət olunan güclü yağışlar gözlənilir. Bazar ertəsindən etibarən bölgəyə daxil olacaq soyuq hava kütləsi ilə temperaturun kəskin enəcəyi proqnozlaşdırılır. Xüsusilə Silivri, Çatalca, Arnavutköy, Böyükçekmece və Başakşehir kimi qərb rayonlarında yağıntıların sulu qar və qara keçəcəyi ehtimal edilir".

İstanbul valiliyi də sosial media hesabında Meteorologiya Baş İdarəsinin 4 günlük hava proqnozunu paylaşaraq bazar günündən etibarən temperaturun azalacağına diqqət çəkib.

Vətəndaşların mümkün fəsadlara qarşı tədbirli olmaları tövsiyə edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930