xebermen.az

Planetin ən soyuq nöqtəsi - Temperatur mənfi 50 dərəcə yaxınlaşır

1-02-2026, 13:17

 

Rusiyanın Krasnoyarsk vilayətinin Evenki rayonunda fəaliyyət göstərən Kerbo meteoroloji stansiyası son sutka ərzində planetin ən soyuq nöqtəsi kimi qeydə alınıb.


Bu barədə Rusiya Hidrometeorologiya Mərkəzi açıqlama yayıb.


Bildirilir ki, stansiyada havanın temperaturu rekord səviyyəyə enərək mənfi 48,5 dərəcə təşkil edib.


Gündəlik minimum temperatur göstəriciləri üzrə dünya siyahısında ikinci və üçüncü yerlər də Rusiyanın yaşayış məntəqələrinə məxsus olub.


Belə ki, Yakutiyanın Lenski rayonunda yerləşən Komaka meteoroloji stansiyasında temperatur mənfi 47,9 dərəcəyədək düşüb, Olenyok rayonunun Şelaqontsı kəndində isə mənfi 47,3 dərəcə şaxta müşahidə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031