xebermen.az

Kabellərsiz enerji ötürülməsi mümkün oldu

30-01-2026, 20:31

 

Finlandiya alimləri elektrik enerjisinin fiziki kabellərdən istifadə olunmadan, havadan ötürülə biləcəyini sübut ediblər.

Elektromaqnit dalğaları və lazer əsaslı texnologiyalar vasitəsilə həyata keçirilən sınaqlarda enerjinin boşluqdan ötürülməsi mümkün olub.

Bildirilir ki, bu üsul kabel və prizlərə ehtiyacı aradan qaldırmaqla yanaşı, ötürülmənin nəzarətli, təhlükəsiz və səmərəli şəkildə aparılmasına imkan yaradır.

Yeni texnologiyanın gələcəkdə şəhər infrastrukturunda, elektron cihazların enerji təminatında, eləcə də fövqəladə hallar zamanı və ucqar ərazilərdə elektrik enerjisinin ötürülməsində mühüm rol oynaya biləcəyi qeyd olunur.

Bununla belə, qlobal miqyasda tətbiq üçün əlavə sınaqlara və uzunmüddətli inkişaf prosesinə ehtiyac olduğu vurğulanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031