xebermen.az

İrana hücum ssenarisi: İsrail onların kütləvi təxliyəsinə hazırlaşır

27-01-2026, 21:33

 

İsrail Turizm Nazirliyi İrana hücum halında ölkədə on minlərlə turistin təxliyəsi üçün hazırlıqların başa çatdığını açıqlayıb.

Nazirliyin bəyanatında zərurət yarandığı halda təxminən 42 min turistin təxliyə edilə biləcəyi qeyd olunub.

Məlumata görə, nazirlik fövqəladə hallarda turistlərə təhlükəsizlik və logistik dəstək təmin etmək üçün İsrail hava məkanının bağlanması da daxil olmaqla ətraflı daxili planlar hazırlayıb.

Həmçinin bildirilib ki, nazirlik ölkə daxilində turistlərin, xüsusən də hotellərdə qalanların yerləşdiyi yerləri xəritələşdirib.

Qeyd edək ki, Tramp daha əvvəl İranla bağlı güc tətbiqi imkanının ciddi şəkildə nəzərdən keçirildiyi barədə xəbərdarlıq etmişdi. İran isə mümkün hücumda bütün vasitələrdən istifadə edərək cavab verəcəyini bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031