xebermen.az

Bakı və İrəvan arasında YENİ ANLAŞMA - Hər iki tərəf bu imkandan yararlana bilər

27-01-2026, 21:32

 

İrəvan və Bakı mayeləşdirilmiş qazın və bitumun Azərbaycan ərazisindən dəmir yolu ilə daşınması barədə razılığa gəliblər.

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan "Facebook" səhifəsində məlumat verib.

O qeyd edib ki, artıq hər iki ölkənin biznes subyektləri bu imkandan yararlana bilərlər.

Yanvarın 20-də Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Bakı İrəvandan Ermənistandan Rusiyaya yüklərin tranzitinin təmin edilməsi ilə bağlı sorğu alıb.

Dekabr ayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, dekabrda Azərbaycan neft məhsullarının Ermənistana tədarükünə başlanmasından sonra Bakı ilə İrəvan arasında ticarət dövriyyəsinin artırılması perspektivi mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031