Güclü zəlzələ Kamçatkanı silkələdi
Kamçatka sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının "Vahid Geofizika Xidməti" Federal Tədqiqat Mərkəzinin regional bölməsi məlumat yayıb.
"Petropavlovsk-Kamçatskidən məsafə : 143. Dərinlik (kilometrlərlə): 59.4. Maqnituda: 6.4", - seysmoloqlar qeyd ediblər.
Xatırladaq ki, yanvarın 17-də Kamçatkanın şərq sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Petropavlovsk-Kamçatsk sakinləri tərəfindən hiss edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: