xebermen.az

Dünyanın ən soyuq yeri - mənfi 71 dərəcədə yaşam mübarizəsi

22-01-2026, 09:29

 


Rusiyanın Sibir bölgəsində yerləşən Oymyakon kəndi dünyanın ən soyuq yaşayış məntəqələrindən biri kimi tanınır. Havanın temperaturunun mənfi 71 dərəcəyə çatdığı bu kənddə gündəlik həyat fövqəladə soyuq şəraitə uyğun tənzimlənir.

26 yanvar 1926-cı ildə Oymyakonda qeydə alınan -71.2 dərəcə temperatur Şimal yarımkürəsində ölçülən ən aşağı göstəricidir.

Kənddə qış mövsümü doqquz ay davam edir və təxminən 500 nəfər yaşayır.

Həddindən artıq soyuq səbəbindən avtomobillərin mühərrikləri heç vaxt söndürülmür; yanacağın donmaması üçün maşınlar daim işlək vəziyyətdə saxlanılır.

Çaydan tutulan balıqlar sudan çıxarıldıqdan cəmi 30 saniyə sonra buz bağlayır.

Oymyakon bölgə paytaxtından 1100 kilometr uzaqda, dəniz səviyyəsindən 741 metr hündürlükdə yerləşir. Ətrafı 3 min metrdən hündür dağlarla əhatə olunan kənd Arktika dairəsinin cəmi bir neçə dərəcə şimalındadır.

Bölgədə yerin altı 1.5 kilometr dərinliyə qədər donmuş vəziyyətdədir (permafrost). Bu səbəbdən əkinçiliklə məşğul olmaq demək olar ki, qeyri-mümkündür. İnsanlar əsasən ət, balıq (çox vaxt çiy və donmuş halda) və yabani meyvələrlə qidalanırlar.

Hədsiz aşağı temperatur elektron cihazları sıradan çıxardığı üçün kənddə mobil telefon şəbəkəsi yoxdur. Maye süd içmək də imkansızdır, çünki süd stəkanda belə dərhal donur.

Dünyanın ən çətin yarışlarından biri sayılan "Oymyakon - Soyuq Qütbü" qış marafonu bu il yeddinci dəfə keçirilib. Yarış başladığı an temperatur -41 dərəcə olub.

Rusiya Milli Futbol Komandasının keçmiş kapitanı, 50 yaşlı Aleksey Smertin də yarışa qatılıb. O, 50 kilometrlik məsafəni 4 saat 45 dəqiqəyə qət edərək öz yaş kateqoriyasında birinci olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930