xebermen.az

Nadir bənövşəyi ulduzvari sapfir tapıldı - Elə qiymətə satılacaq ki...

17-01-2026, 21:31

 


Şri-Lankada dünyanın ən böyük bənövşəyi ulduzvari sapfiri ola biləcək unikal qiymətli daş aşkarlanıb.

Bu barədə "The Sun Chronicle" nəşri məlumat yayıb.

Bildirilib ki, “Saf Torpağın Ulduzu” ("Star of Pure Land") adlandırılan bu sapfir 2023-cü ildə “qiymətli daşlar şəhəri” kimi tanınan Ratnapura şəhəri yaxınlığında tapılıb.

Dairəvi formalı və cilalanmış daşın çəkisi 3,6 min karat təşkil edir. Beynəlxalq ekspertlərin qiymətləndirməsinə görə, onun dəyəri 300–400 milyon dollar (təxminən 680 min manat) arasında ola bilər.

Məsləhətçi-gemmoloq Aşan Amarasinqe sapfirin müstəsna keyfiyyətə malik olduğunu və altı şüalı ulduz formasında optik effekt yaradan aydın asterizm nümayiş etdirdiyini təsdiqləyib. Bu xüsusiyyət daşın dəyərini əhəmiyyətli dərəcədə artırır.

Daşın sahibləri təhlükəsizlik məqsədilə birləşdikləri “Star of Pure Land Team” qrupu adı altında anonim qalmağa üstünlük veriblər. Nadir tapıntı artıq iki müstəqil laboratoriyada sertifikatlaşdırılıb və sahibləri onu satışa çıxarmağa hazır olduqlarını bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930