xebermen.az

"OpenAI" şirkəti "ChatGPT Translate"i təqdim etdi

16-01-2026, 10:11

 

"OpenAI" şirkəti əllidən çox dili dəstəkləyən və "Google Translate"ə rəqib sayılan "ChatGPT Translate"i təqdim edib.

Bu barədə "The Verge" nəşri məlumat yayıb.

Məlumata görə, yeni sistem "Google"un məşhur xidmətinə bənzəyir: istifadəçilərə həm orijinal, həm də tərcümə olunmuş mətni göstərmək üçün yerlər təqdim olunur və müxtəlif dilləri seçmək imkanı verilir.

Lakin xidmətlərin funksionallığında fərqlər mövcuddur. "ChatGPT Translate" masaüstü brauzerdə mətn tərcüməsini dəstəkləyir, mobil versiyada isə səsli girişə imkan verir. Şəkil dəstəyi ilə bağlı iddialara baxmayaraq, bu funksiya hələ mövcud deyil. "Google Translate"dən fərqli olaraq, "OpenAI"ın xidməti sənədlərin, şəkillərin və ya veb səhifələrin yüklənməsinə icazə vermir.

"ChatGPT"nin üstün xüsusiyyətlərindən biri, mətni işgüzar ünsiyyət üçün uyğunlaşdırmağa imkan verən əlavə tərcümə tərzi parametrlərinin olmasıdır.

Əslində, "OpenAI" şirkəti "ChatGPT"nin uzun müddətdir mövcud olan tərcümə xüsusiyyətini ayrıca bir məhsula çevirib. Lakin hələlik "iOS" və "Android" üçün mobil tətbiqlər buraxmayıb və yeni xidmətdə istifadə olunan xüsusi süni intellekt modelini açıqlamayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930