xebermen.az

Kosmos tarixində bir ilk - NASA 65 ildən sonra buna nail oldu

15-01-2026, 21:30

 

ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) tarixində ilk dəfə tibbi təxliyə həyata keçirib.

Beynəlxalq Kosmik Stansiyadakı (BKS) bir astronavtın sağlamlıq problemi səbəbindən 65 illik kosmik uçuş tarixində bir ilkə imza atıb.

Dörd nəfərlik "Crew-11" komandasını daşıyan "SpaceX" kapsulu dünən stansiyanı tərk edərək, Kaliforniya sahillərində Sakit Okeana enib.

Astronavtlar Mayk Finke və Zena Kardman, Yaponiyadan Kimiya Yui və kosmonavt Oleq Platonov 6,5 aylıq missiyaları üçün 1 avqustda Beynəlxalq Kosmik Stansiyaya gediblər. Komandanın fevralın ortalarında Yerə qayıtması planlaşdırılırdı.

Lakin ötən həftə Finke və Kardmanın kosmosa planlaşdırılan çıxışı son anda ləğv edilib və NASA bir neçə saat sonra heyət üzvlərindən birinin xəstələndiyini açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930