xebermen.az

Dünyaya asteroidin çırpılacağı barədə xəbərlər yayıldı - Alimlər nə deyir?

15-01-2026, 10:35

 

İnternetdə yaxında Yerə 10 metrlik "CE2XZW2" asteroidinin çırpılacağı ilə bağlı xəbərlər yayılıb.


Alimlər bu xəbərləri təkzib ediblər.


Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyasının "Telegram" kanalında bildirilib ki, bu barədə yayılan məlumatlar etibarsızdır.


"Elmi faktlara əsaslanmayan, yalançı sensasion xəbərlər dərc edən insanların olmasına yalnız təəssüf etmək olar", - deyə qeyd edilib.


Qeyd edək ki, həmin asteroid 14 yanvarda kəşf edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031