Mask İranda interneti PULSUZ ETDİ
İlon Maskın "SpaceX" şirkəti İranda "Starlink" peyk rabitəsinə pulsuz çıxışı təmin edib.
Bu barədə "Bloomberg" agentliyiv məlumat yayıb.
Qeyd edilib ki, bu, ölkədə günlərlə davam edən internet kəsintilərindən sonra baş verib.
"İranlıların internetə təhlükəsiz çıxışını təmin etmək üçün işləyən "Holistic Resilience" təşkilatının (ABŞ-da yerləşir) icraçı direktoru Əhməd Əhmədian bildirib ki, "SpaceX" İranda "Starlink" abunə haqqını ləğv edib və ölkədə cihaz sahibi olanlar xidmətdən pulsuz istifadə edə bilirlər", - məlumatda deyilir.
Qeyd olunub ki, "NetBlocks" internet monitorinq xidməti İranda baş verən etirazlar zamanı ölkə üzrə tam internet kəsintisinin ilk dəfə qeydə alındığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: