xebermen.az

Nüvə silahlanması: Dünya təhlükəli yarışın ASTANASINDA

12-01-2026, 16:46

 

Yeni START Müqaviləsinin (Strategic Arms Reduction Treaty) başa çatması böyük dövlətlər arasında yeni nüvə silahlanma yarışına səbəb ola bilər. 

Bu barədə "Responsible Statecraft" nəşri məlumat yayıb.

Bildirilir ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının müqaviləni əvəz etmək üçün təcili planları yoxdur. Bu isə riskləri artırır.

Qeyd edək ki, Yeni START Müqaviləsi ABŞ və Rusiya üçün yerləşdiriləcək nüvə başlıqlarının sayını 1550 ilə məhdudlaşdırır. Həmçinin, 700 çatdırılma vasitəsi və 800 buraxılış qurğusu limiti müəyyən edir. Müqavilə 2021-ci ildə beş il müddətinə uzadılıb, lakin Rusiya ABŞ-ın Ukraynaya yardımı səbəbindən 2023-cü ildə iştirakını dayandırıb və Vaşinqton öhdəliklərini qismən pozub.

Tramp daha əlverişli bir razılaşma planlarını açıqlayıb, lakin ekspertlər onun uğur qazanacağına şübhə ilə yanaşırlar.

Yeni START Müqaviləsi 5 fevral tarixində başa çatacaq.

Xatırladaq ki, Vladimir Putin Rusiyanın Yeni START Müqaviləsini ən azı bir il uzatmaq istədiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930