xebermen.az

Dünya okeanının temperaturu rekord həddə çatıb

11-01-2026, 16:51

 

2025-ci ildə dünya okeanları çox böyük miqdarda istilik udub və bu da daha bir temperatur rekorduna, eyni zamanda da ekstremal meteoroloji hadisələrin artmasına səbəb olub.

Bu barədə "Advances in Atmospheric Sciences" jurnalında dərc olunmuş araşdırmada məlumat verilib.

Alimlər qeyd ediblər ki, istixana qazı tullantılarının yaratdığı izafi istiliyin 90%-dən çoxu okeanda toplanır. Bu, onu iqlim böhranının ən görünən göstəricilərindən birinə çevirir.

Okean temperaturunun yüksəlməsi qasırğaların və tayfunların intensivliyinə birbaşa təsir göstərir, ekstremal yağıntıların və daşqınların tezliyini artırır.

Araşdırmaya görə, 2025-ci ildə ən sürətli temperatur artımları tropik və cənubi Atlantik, şimali Sakit Okean və Cənubi Okeanda müşahidə olunub.

Alimlər həmçinin Şimali Atlantika və Aralıq dənizində həyəcanverici dəyişikliklərin baş verdiyini qeyd ediblər. Bu dəyişikliklər istiləşmə ilə yanaşı, həm də suyun daha duzlu, turşulu və oksigensiz hala gəlməsi ilə nəticələnib. Belə hal dəniz ekosistemlərini təhdid edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031