xebermen.az

Bakı metrosunda NFC ilə ödənişlərin payı artdı

6-01-2026, 21:03

 

Bakı metropolitenində 2025-ci ilin dekabr ayında 5 milyon 068 min 343 sərnişin NFC texnologiyası ilə ödəniş edib ki, bu da ümumi ödənişlərin 23,93 %-ni təşkil edir.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, NFC ödənişlərin tətbiq olunduğu ilk iki ay ərzində bu üsulla ümumilikdə 7 milyon 233 min 200 sərnişin keçidi qeydə alınıb.

Noyabr ayı ilə müqayisədə NFC ödənişlərin sayında 134,11 % artım müşahidə olunub.

Qeyd edək ki, Bakı metrosunda NFC əsaslı ödəniş sisteminin tətbiqinə ötən ilin 1 noyabr tarixindən başlanılıb. Hazırda metrodan keçid zamanı NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə ödəniş etmək mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930