xebermen.az

Ukrayna ABŞ-la RAZILIĞA GƏLDİ - Vaşinqton nələr edəcək?

3-01-2026, 21:43

 

"Ukrayna və ABŞ dörd bölmə və düzəlişlərdən ibarət hərbi sənəd üzərində razılığa gəliblər"

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov bildirib.

O, sənəddə Kiyevə və Ukrayna Silahlı Qüvvələrinə necə dəstək veriləcəyi barədə məlumatların yer aldığını, həmçinin qoşunların dəstəklənməsi və modernləşdirilməsi məsələlərinin də müzakirə olunduğunu aydınlaşdırıb.

Bundan əlavə, sənəddə razılaşmalara riayət olunmasının monitorinqi mexanizmləri və uyğunsuzluq halında görüləcək tədbirlər müəyyən edilib.

Oxşar işlərin digər Ukrayna tərəfdaş ölkələri ilə də aparıldığı qeyd edilib. Vurğulanıb ki, razılaşmanın bir bölməsi "könüllülər koalisiyası"nın fəaliyyəti ilə bağlıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031