xebermen.az

"Crocus" terroru ilə bağlı yeni detal məlum olub

3-01-2026, 21:42

 

Moskvadakı "Crocus City Hall" konsert zalında baş vermis terror aktının təşkilatçısı Şəmsidin Fəriduni cinayət əməlindən öncə digər üç həmkarına onların xəbəri olmadan narkotik maddə verib.

Bu barədə TASS məlumat yayıb.

Məlumata görə, istintaq zamanı götürülən qan analizində narkotik əlamətləri olmayan yeganə şəxs Fəriduni özü olub. O, digər üç həmkarının su şüşələrinə gizli şəkildə mefedron əlavə edib və onlara içməyi tapşırıb.

Hüquq-mühafizə orqanları Fəridunini "Crocus" hücumunun ən qəddar və hiyləgər iştirakçısı hesab edir. Qeyd edilir ki, o, konsert zalında güllələdiyi insanların gözlərinə baxaraq onları öldürüb.

Crocus terroru ilə bağlı yeni detal məlum olub






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031