xebermen.az

Xarkova ballistik raketlərlə hücum: xəsarət alanlar var

2-01-2026, 21:15

 

Yanvarın 2-də Rusiya qüvvələri Xarkov şəhərinə hava hücumu edib. Hücum nəticəsində 30 nəfər xəsarət alıb.

Ukrayna Prezident Volodimir Zelenski hücum barədə məlumat yayıb.

Onun sözlərinə görə, Rusiyanın Xarkova dəhşətli hücumu baş verib. İlkin olaraq iki raket atılıb və yaşayış məntəqəsi vurulub. Binalardan birinə ciddi ziyan dəyib. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Xarkov meri İqor Terexov bildirib ki, hücum nəticəsində ticarət mərkəzi də tamamilə dağılıb. Xarkovun mərkəzində çoxlu sayda yaşayış binası zədələnib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031