xebermen.az

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

2-01-2026, 15:06

 


Çinli tədqiqatçılar səhranın səthini möhkəmləndirməyin yeni üsulunu kəşf ediblər. Bu məqsədlə xüsusi seçilmiş sianobakteriya ştamlarından istifadə olunur.

Metod göy-yaşıl yosunların tətbiqi ilə qum təpələrinin bərpa üçün yararlı torpağa çevrilməsini nəzərdə tutur.

Sianobakteriyalar okeanlardan torpağa qədər demək olar ki, bütün mühitlərdə mövcuddur. Saatda 36 kilometr sürətlə əsən küləyə belə davam gətirə bilən sianobakteriya əsaslı torpaq növbəti beş il ərzində Çinin Ninsya bölgəsində 6 667 hektar ərazinin bərpasını təmin edə bilər.

Yağışdan sonra torpaq nəmləndikdə sianobakteriyalar aktivləşir və sürətlə çoxalaraq biokütlə ilə zəngin bir matriks ifraz edirlər. Bu matriks qum hissəciklərini bir-birinə bağlayaraq torpağın sabitliyini artırır.

Qeyd olunur ki, təbii şəraitdə səhrada dayanıqlı torpaq qatının formalaşması 5-10 il çəkə bilər. Göy-yaşıl yosunların yetişdirilməsinə əsaslanan yeni metod isə bu prosesi cəmi bir ilə qədər qısaldır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031