xebermen.az

ABŞ və İsrail bu məsələdə razılığa gəldi - Bundan sonra...

2-01-2026, 12:23

 

İsrail və ABŞ-ın Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçmək üçün razılığa gəldiyi iddia edilir.

Bu barədə İsrailin “KAN” telekanalı məlumat yayıb.

Bildirilib ki, bu razılaşma Təl-Əvivin gecikdirmə taktikası səbəbindən yaranan son çıxılmaz vəziyyətin aradan qaldırılması deməkdir.

İddiaya görə, ikinci mərhələ İsrailin tezliklə Rəfah Sərhəd Keçid Məntəqəsini açmağa hazırlaşmasını və nə HƏMAS-ın, nə də İsrail ordusunun iştirak edəcəyi Rəfah ərazisində yeni bir şəhər üçün hazırlıqların davam etdirilməsini əhatə edir.

“KAN”a danışan mənbələr HƏMAS-ın İsrail tərəfində bu mərhələdə çeviklik göstərmək və müəyyən güzəştlərə getmək meylini müşahidə etdiyini bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930