xebermen.az

Gürcüstana getmək istəyənlərin nəzərinə - Yeni qanun

1-01-2026, 18:07

 

Bu gündən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində tibbi sığortaya malik olmalıdırlar.

 Gürcüstan hökumətinin "Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığorta qaydaları və şərtlərinin təsdiq edilməsi haqqında" qərarı 1 yanvar 2026-cı il tarixində qüvvəyə minir.

Qaydalar Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə daxil olan bütün xarici vətəndaşlara şamil olunur.

Xarici vətəndaşlar Gürcüstanda olduqları bütün müddət ərzində, yəni giriş tarixindən çıxış tarixinədək qüvvədə olan tibbi sığorta və bədbəxt hadisələrdən sığorta polisinə malik olmalıdırlar.

Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir.

Sığorta Gürcüstanın və ya xarici ölkələrin sığorta şirkətləri tərəfindən təqdim edilə bilər.

Sənəd elektron və ya kağız formada təqdim olunmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930