xebermen.az

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 3 polis əməkdaşı şəhid oldu

29-12-2025, 14:00

 

Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 3 polis əməkdaşı ölüb.

Əməliyyatın Yalova şəhəri yaxınlığında, Mərmərə dənizinin sahilində bir evdə keçirildiyi qeyd olunur.

Şübhəlilər təhlükəsizlik qüvvələrinə atəş açıblar.

Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hücum nəticəsində 3 polis əməkdaşı şəhid olub, 8 polis və 1 keşikçi yaralanıb. Nazir əlavə edib ki, toqquşmada 6 terrorçu məhv edilib.

Yaralıların vəziyyəti stabil olaraq qiymətləndirilir, həyati təhlükə yoxdur.

Əməliyyat bölgəsinə Bursa əyalətindən xüsusi təyinatlı qüvvələr göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930