xebermen.az

Ukrayna ilə bağlı planda Putin üçün 7 “ölümcül məqam” - DETALLAR

29-12-2025, 17:42

Ukraynada müharibənin başa çatdırılması məqsədilə hazırlanan planda Kiyev üçün ərazi güzəştləri yer alsa da, Moskva üçün də hər şey “unikal” deyil.

Zelenskinin ictimaiyyətə təqdim etdiyi “20 bəndlik sülh planı” Rusiyada birmənalı qarşılanmayıb.

Rusiyanın müharibə müxbiri Aleksandr Kots planda Moskva üçün “ölümcül” hesab edilən 7 məqama diqqət çəkib.

1. Müqavilədə atəşkəsin pozulmasına görə Ukrayna və Avropanın məsuliyyəti nəzərdə tutulmayıb.
2. Plan qarşılıqlı təhlükəsizlik zəmanətlərini nəzərdə tutmur: Rusiya onları təmin etməyə hazırdır, lakin Ukrayna NATO qoşunlarını yerləşdirməməsi öhdəliyini götürmür.
3. Ukrayna ordusunun sayı ilə bağlı məsələ 600 mindən 800 minə qədər yüksəldilib.
4. Ukraynanın hərbi blokalara, o cümlədən, NATO-ya üzvlüyünə məhdudiyyət qeyd olunmur.
5. Rusiyanın qlobal iqtisadiyyata qayıtması ilə bağlı bənd çıxarılıb, 28 maddəlik planda bu məsələ yer almışdı.
6. Plan rusların və pravoslav xristianların hüquqlarını qoruya bilmir.
7. Münaqişənin bütün tərəfləri üçün əfv müddəaları arada qalxıb və Ukrayna xaricdə girov götürmək imkanlarına malikdir.

Kots iddia edir ki, belə bir planın imzalanması həm Rusiyanın maraqlarının, həm də qlobal təhlükəsizliyin təmin edilməsinə imkan vermir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930