xebermen.az

Texnologiya “Windows 11”də yenilik

28-12-2025, 09:55

 

"Microsoft" korporasiyası bəyan edib ki, "Windows 11" əməliyyat sisteminə inteqrasiya olunmuş fayl meneceri - "File Explorer" artıq daha az yaddaş (RAM) sərf etməyi bacarır.

Yeni funksiya "Windows 11 Build 26220.7523" versiyasında sınaqdan keçirilir.

Funksiya aktivləşdirildikdə, "File Explorer" faylların indeksləşdirilməsi zamanı təkrarlanan əməliyyatları avtomatik olaraq aradan qaldırır.

"Microsoft"un izahına görə, fayl menecerinin interfeysi vasitəsilə sənədlərin axtarışı zamanı əməliyyat sistemi daha az operativ yaddaş istehlak edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031