xebermen.az

Zelenskinin 20 maddəlik sülh planının məzmunu AÇIQLANDI

29-12-2025, 09:51

 

Ukrayna Prezidenti Volodimir Zelenskinin hazırda ABŞ Prezidenti Donald Tramp ilə müzakirə etdiyi sülh planına respublikanın Avropa İttifaqına (Aİ) daxil olma tarixi ilə bağlı dəqiq vaxtın müəyyən edilməsi, həmçinin Ukrayna və Rusiya qoşunlarının çıxarılması daxildir.


Bu barədə "The Guardian" qəzeti məlumat yayıb.


Bildirilib ki, təşəbbüs çərçivəsində Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun təhlükəsizlik zəmanətləri verilməsi də nəzərdə tutulur. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrin (USQ) sayını 800 min hərbiçi səviyyəsində saxlamaq istəyir.


Jurnalistlərin qeyd etdiyinə görə, plana əsasən, Ukrayna ərazi məsələsi çərçivəsində Donetskdə döyüş əməliyyatlarını mövcud təmas xəttində dondurmaq niyyətindədir. Bu zaman Ukrayna və Rusiya qoşunları çıxarılacaq, həmin ərazidə isə beynəlxalq qüvvələrin nəzarəti altında demilitarizasiya olunmuş bufer zona yaradılacaq.


Bundan başqa, Zelenskinin planında Ukraynanın infrastruktur və iqtisadiyyatının bərpası üçün 800 milyard dollar ayrılması nəzərdə tutulur. Təşəbbüs həmçinin ABŞ ilə azad ticarət sazişi barədə danışıqların intensivləşdirilməsini də ehtiva edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930