xebermen.az

Ermənistanda TRIPP üzrə tikintinin başlayacağı TARİX AÇIQLANDI

29-12-2025, 09:50

 

"Biz Amerika tərəfi ilə çox intensiv işləyirik və 2026-cı ilin ikinci yarısında yerdə tikinti başlayacaq".


Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada TRIPP - Tramp İnkişaf və Rifah Yolu barədə danışarkən məlumat verib.


"Ümid edirəm ki, yaxın həftələrdə ilk sənədimiz olacaq. Gələn il beynəlxalq tərəfdaşlarımızın Ermənistana səfərləri ilə dolu olacaq", - nazir bildirib.


Müxalifətin Rusiya və İranın "TRIPP"ə qarşı olduğuna inanması ilə bağlı sualı cavablandıran Mirzoyan belə cavab verib:


"Bu insanlara qulaq asmayın, yalandır. İranlı həmkarlarımız suallar verdilər, biz cavab verdik və indi həm biz, həm də İran nəqliyyat dəhlizlərinin açılması imkanlarını görürük".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031