xebermen.az

Bu ölkə 2 minə yaxın insanı edam etdi

27-12-2025, 11:55

 

2025-ci ildə İran həbsxanalarında azı 1922 nəfər edam edilib, bu, əvvəlki illə müqayisədə 106 faiz artım deməkdir.

Bu barədə HRANA İsan Haqları Təşkilatının son hesabatında bildirilib.

Hesabata əsasən, 10 nəfərin ölüm hökmü ictimai şəkildə icra edilib.

Edamların 95 faizi gizli həyata keçirilib, yalnız 5 faizi rəsmi media tərəfindən açıqlanıb.

Edam edilənlərin 87 faizi kişi, 3 faizi qadın olub, 10 faizin cinsi kimliyi isə müəyyən edilməyib.

“Bu il edam edilənlər arasında cinayət törətdiyi iddia edilən 18 yaşından aşağı olan iki nəfər də yer alıb”, - HRANA vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031