xebermen.az

Dünyada ən şiddətli şaxta burada qeydə alındı

25-12-2025, 21:06

 

Yakutiyada Yer kürəsindəki ən şiddətli şaxta baş verib.

Bölgədə qeydə alınan ən aşağı temperatur - mənfi 56 dərəcə - hazırda planetdəki ən aşağı temperaturla eynidir.

Tiksi kəndinin artıq üç gündür ki, fırtına ilə mübarizə apardığı bildirilir. Güclü qar fırtınası səbəbindən kənddəki məktəblər və uşaq bağçaları bağlanıb. Yerli sakin tərəfindən çəkilən videoda incəsənət məktəbi binasının ikinci mərtəbəyə qədər qarla örtüldüyü görünür.

Sinoptiklərin proqnozlarına görə, yaxın günlərdə Yakutiyada temperatur mənfi 60 dərəcəyə çata bilər. Lakin insanlar artıq indi faktiki olaraq evlərində qalıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031