xebermen.az

Ukraynanın bərpası üçün lazım olan vəsait açıqlandı: Fantastik məbləğ

25-12-2025, 10:12

 

Vladimir Zelenski Ukraynada müharibədən sonrakı yenidənqurma üçün 800 milyard dollara qədər vəsait səfərbər etməyi planlaşdırdığını açıqlayıb.


O, vəsaitin müxtəlif mənbələrdən, o cümlədən səhmlərdən, qrantlardan, borc alətlərindən və özəl investisiyalardan toplanacağını bildirib.


Ukrayna prezidenti qeyd edib ki, təklif etdiyi plan iqtisadi bərpa, təsirlənmiş bölgələrin yenidən qurulması və humanitar yardıma yönəlmiş bir neçə hədəf fondunun yaradılmasını nəzərdə tutur.


Misal olaraq, o, layihənin müddəalarından birini göstərib. Bu müddəalara əsasən, ABŞ və Avropa ölkələri Ukrayna infrastrukturuna və iqtisadiyyatına şəffaf investisiya qoyuluşu üçün 200 milyard dollarlıq fond yarada bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930