xebermen.az

Dünyanın ən xoşbəxt ölkəsində "qəddar dövr" - İşsizlik sürətlə artır

24-12-2025, 19:07

 

Finlandiyada işsizlik 21-ci əsrin əvvəllərindən bəri rekord həddə çataraq 10,6%-ə yüksəlinb. 

Bu barədə məlumatı Finlandiyanın Ticarət və Sənaye Palatası yayıb.

Bildirilir ki, 2025-ci ilin noyabr ayında respublikada işsizlərin sayı 276 min nəfər olub. Bu, ötən ilin noyabr ayı ilə müqayisədə 50 min nəfər çoxdur. Yeri gəlmişkən, bir il əvvəl Finlandiyada işsizlik səviyyəsi 8,9% təşkil edib.

Palatanın nümayəndəsi Yukka Appelkiest ölkədə işsizliyin "2000-ci illərdəki vaxtdan daha yüksək səviyyəyə" çatdığını qeyd edib. Bu arada, Finlandiya Sahibkarlar Federasiyasının aparıcı iqtisadçısı Petri Malinen ölkəsindəki işsizliyi istehlakçıların inamını sarsıdan və məşğulluq səviyyələrinə təsir edən "qəddar dövr" adlandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930