xebermen.az

Ermənilərə xəbərdarlıq edildi: Küçəyə çıxmayın

23-12-2025, 10:17

 

Suriyadakı erməni icmasının nəşri olan “Qandzasar” qəzeti Hələbdəki soydaşlarını şəhərdəki vəziyyət sabitləşənə qədər evlərini tərk etməməyə çağırıb.


Bəyanatda evlərdə və mənzillərdə sığınacaq axtarmaq, pəncərələrdən və balkonlardan çəkinmək tövsiyə olunur.


Xatırladaq ki, Hələb yaxınlığında Suriya ordusu ilə kürd tərəfdarı Suriya Demokratik Qüvvələri (SDQ) arasında toqquşmalar başlayıb.


Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqə səfər etmiş və orada Suriya hakimiyyəti ilə SDF-nin ölkənin dövlət qurumlarına "inteqrasiyası" ilə bağlı danışıqlar aparmışdı.


Bu ilin mart ayında Suriya prezidenti Əhməd əl-Şara SDF nümayəndələri ilə müvafiq müqavilə imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031