xebermen.az

Rusların daha bir yuxusuz gecəsi: 30-a yaxın PUA...

23-12-2025, 10:15

 

Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə ərzində Rusiya bölgələri üzərində 29 Ukrayna dronu vurub.


Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Hücum 22 dekabr gecə saatlarından başlayaraq 23 dekabr səhər saatlarınadək davam edib.


Bu müddət ərzində Rostov vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 14 pilotsuz təyyarə məhv edilib. Daha yeddisi isə Stavropol vilayəti səmasında zərərsizləşdirilib.


Belqorod vilayəti və Kalmıkiya üzərində üç Ukrayna dronu vurulub.


Bundan əlavə, Kursk bölgəsi və Krım üzərində qarşı tərəfin bir dronu sıradan çıxarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031