xebermen.az

“Ryanair” təyyarəsi hava limanında yanacaq maşını ilə toqquşdu

22-12-2025, 21:22

 

“Ryanair” aviaşirkətinə məxsus təyyarə Edinburq hava limanında yanacaq daşıyan maşınla toqquşub.

Hadisə zamanı sərnişinlər Portuqaliyanın Faro şəhərinə uçuş üçün təyyarədə yola düşməni gözləyirdilər. Toqquşma uçuşa hazırlıq mərhələsində baş verib.

“Ryanair”in sözçüsü bildirib ki, Edinburq–Faro marşrutu üzrə reys uçuşa hazırlaşarkən təyyarənin qanad ucu yanacaq maşınının kabinəsi ilə təmas edib.

Hava limanına yanğınsöndürmə briqadaları cəlb olunub. Sərnişinlər təyyarədən təxliyə edilib.

Yaralılar barədə məlumat yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031