xebermen.az

Avropanın iki ölkəsində cüzamla bağlı yeni hallar aşkarlandı

21-12-2025, 18:42

 

Xorvatiyada iki ildir ailəsi ilə birlikdə yaşayan Nepaldan olan bir şəxsdə cüzam xəstəliyi müəyyən edilib.

Xorvatiya İctimai Səhiyyə İnstitutu bu hadisəni "idxal olunmuş yoluxma" kimi qiymətləndirib.

Xəstəyə dərhal antibiotik müalicəsi başlanılıb. Onun ailə üzvləri və yaxın təmasda olduğu şəxslər isə tibbi nəzarət altına götürülüb və bəzilərinə profilaktik müalicə təyin edilib. Dubrava Klinikasının yoluxucu xəstəliklər üzrə mütəxəssisi Bruno Barşiç bildirib ki, xəstəliyin yayılma ehtimalı olduqca aşağıdır. Onun sözlərinə görə, cüzama yoluxmaq üçün uzunmüddətli və yaxın fiziki təmas, məsələn, birgə yaşamaq və ya pis şəraitdə eyni yataqda qalmaq lazımdır. Qeyd olunub ki, Xorvatiyada sonuncu cüzam hadisəsi 30 ildən artıq əvvəl qeydə alınıb.

Eyni zamanda Rumıniyada da oxşar vəziyyət müşahidə olunur. "Azadlıq" radiosunun məlumatına görə, bu ölkədə iki təsdiqlənmiş və iki şübhəli cüzam halı aşkar edilib. Yoluxan şəxslərin Kluj şəhərində fəaliyyət göstərən masaj salonunda çalışdıqları bildirilir. Hadisədən sonra həmin obyekt bağlanıb, Asiya mənşəli dörd qadın isə karantinə alınıb.

Mütəxəssislər vurğulayırlar ki, cüzam müasir tibbdə müalicə edilən xəstəliklər sırasındadır. Antibiotik terapiyası ilə xəstəlik bir neçə il ərzində tam sağala bilir və müalicəyə başlanıldıqdan qısa müddət sonra yoluxdurma riski demək olar ki, aradan qalxır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930