xebermen.az

İlon Mask tarix yazdı: Sərvəti 700 milyard dolları keçdi

21-12-2025, 18:42

 

Amerikalı iş adamı İlon Mask tarixdə 700 milyard dollardan artıq sərvətə sahib olan ilk şəxs olaraq tarixə düşüb.

Bu barədə məlumatı "Forbes" nəşri yayıb.

Bildirilir ki, Maskın sərvətindəki bu əhəmiyyətli artım Delaver Ali Məhkəməsinin son qərarı ilə bağlıdır. Belə ki, aşağı instansiya məhkəməsi əvvəllər Maskın "Tesla" şirkətindən almalı olduğu 139 milyard dollarlıq mükafatı qanunsuz hesab etmişdi. Lakin Ali Məhkəmə bu qərarı ləğv edərək mükafatın qüvvədə qalmasına qərar verib.

Qeyd edək ki, İlon Mask ilkin olaraq 600 milyard dollarlıq sərvətə çatan ilk şəxs olmuş, yalnız dörd gün sonra isə bu sərvət 700 milyard dolları aşaraq yeni rekord müəyyən etmişdir.

Bu nailiyyət onu dünyanın ən varlı şəxsləri siyahısında ayrıca mövqeyə çıxarır və qlobal biznes dünyasında tarixi bir məqam kimi yadda qalır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930