ABŞ bu ölkədə antiterror əməliyyatına başladı
ABŞ Silahlı Qüvvələri Suriyada İŞİD terror qruplaşmasının döyüşçülərinə qarşı antiterror əməliyyatına başlayıb.
Bunu ABŞ-ın müharibə naziri Pit Heqset açıqlayıb.
Onun sözlərinə görə, bu addım 13 dekabrda Suriyanın Palmira şəhərində amerikalı hərbçilərə edilən hücuma cavab olaraq atılıb.
Belə ki, "Hawkeye Strike" ("Şahin gözü zərbəsi") əməliyyatı İŞİD döyüşçülərinin, infrastruktur obyektlərinin və silah anbarlarının məhv edilməsinə yönəlib.
O, bunu yeni müharibənin başlanğıcı deyil, qisasın elanı adlandırıb.
"Bu gün biz düşmənlərimizi izlədik və öldürdük. Çoxlarını. Davam edəcəyik", - Pentaqon rəhbəri vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: